Paşinyan hökumətdə böyük “təmizləmə” işlərinə hazırlaşır…

Paşinyan hökumətdə böyük “təmizləmə” işlərinə hazırlaşır…

İrəvan Ağsaqqallar Şurasına seçkilərdən sonra Nikol Paşinyan hökumətdə böyük “təmizləmə” işi aparacaq.

 

Moderator.az xəbər verir ki, bu haqda “Hraparak” məlumata yayıb.

 

“Hökumətdəki mənbələrimiz ən azı beş nazirin kreslo ilə vidalaşacağını bildirir. Kimisi vəzifəsini lazımınca yerinə yetirmədiyinə görə onu təyin edən şəxsin narazılığına səbəb olub, kimisi baş nazirin xəbəri olmayan korrupsiya sxemlərinə əl atıb, belə desək, yaxalanıb. Seçkilərdən əvvəl onlara toxunulmur ki, hakim gücün reytinqi düşməsin” -deyə erməni nəşri bildirir.

 

Ermənistan qəzeti kürsüləri ilə vidalaşacağı ehtimal olunan 5 nazirin adını da çəkib.

 

“Bir neçə gün əvvəl iqtisadi və texnoloji inkişaf naziri Qnel Sanosyanın da bu siyahıda olduğunu yazmışdıq. Digər mümkün namizədlər ətraf mühit naziri Akop Simidyan, ədliyyə naziri Qriqor Minasyan, Suren Papikyanın xaç atası olan sosial müdafiə naziri Narek Mkrtçyan və yüksək texnologiya sənayesi naziri Robert Xaçatryandır”- “Hraparak” belə yazır.

 

S.Laçın

 

Mənbə

Share: