
Fransa çevrilişdən sonra Qabondakı vəziyyəti diqqətlə izləyir.
Modern.az “RİA Novosti”yə xəbər verir ki, bunu Fransanın baş naziri Elizabet Born bildirib.
“Bizim diplomatiyamız bu il bir çox böhranlarla üzləşib… Bu gün Fransanın öz diplomatlarına həmişəkindən daha çox ehtiyacı var”, – baş nazir qeyd edib.
Xatırladaq ki, Qabonda hərbçilər ölkədəki bütün təhlükəsizlik və müdafiə orqanları adından hakimiyyətə əl qoyduqlarını açıqlayıblar.
Hazırkı ölkə başçısı Ali Bonqo Ondimbanın 3-cü dəfə qalib gəldiyi elan olunan seçki nəticələrinin ləğv edildiyini bəyan edən əsgərlər sərhədlərin bağlandığını və dövlət qurumlarının buraxıldığını ictimaiyyətə çatdırıblar.
