Mikayıl Cabbarov Patrik Puyanne ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov “TotalEnergies” şirkətinin baş icraçı direktoru Patrik Puyanne ilə görüşüb.

Bu barədə o öz “X” profilində paylaşım edib.

Bildirilib ki, Patrik Puyanne ilə şirkətin ölkəmizlə uğurlu tərəfdaşlığı, energetika sahəsində həyata keçirilən birgə layihələr və bərpa olunan enerji istehsalı üzrə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

 

Mənbə

Share: