“Qarabağ”la oyundan sonra xəyallar qurmaq haqda düşünə bilərik”

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan “Düdelanj”ın futbolçusu Çarles Morren turnirdəki mübarizələrindən danışıb.

Qol.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi Lüksemburq mətbuatına açıqlamasında qısaca “Qarabağ”la qarşıdakı oyuna da toxunub:

“Hər kəs “Düdelanj”ın sürpriz edə biləcəyini, eyni zamanda, böyük hesabla məğlub ola biləcəyini bilir. Evdə “Qarabağ”la keçirəcəyimiz oyunun nəticəsini gözləmək lazımdır. Ondan sonra daha böyük xəyallar qurmaq haqda düşünə bilərik, görəcəyik”.

Qeyd edək ki, “Düdelanj” – “Qarabağ” oyunu oktyabrın 3-də, Lüksemburqda keçiriləcək.

Share: