Qoç – günün ilk yarısından etibarən yaxın ətrafınızdakı insanlarla qarşılıqlı anlaşmaya nail olun. Dialoqa meylli insan təsiri bağışlayın. Çətin problemləri emosiyaları gərmədən həll etmək olar. Müşavirələr, ünsiyyət, hüquqşünasla məsləhətləşmə üçün yaxşı zamandır.
Günün ikinci yarısında eqosentrist olmayın, rəsmiyyətçiliyə ikrahla baxmayın. Yaşlı qohumlarla təmaslarda aqressiv davranmayın. Dövlət qurumlarının mənsubları ilə danışıqlarda diqqətli olsun.
Vaxtından əvvəl təşəbbüslərlə çıxış etməyin. Qarşı tərəfi dinləməyə çalışın.
Buğa – yaxın ətrafınızdakı insanlarla münasibətlərdə harmoniyanın təşəkkül tapmasana çalışın. Həmkarlar, tərəfdaşlar, şəriklərlə ünsiyyət ön plana çıxacaq. İşdə rəhbərliklə müzakirələr aparın.
Peşəkar etiketin tələblərinə diqqətlə yanaşın.
Günün ikinci yarısında işgüzar prosesi poza biləcək addımlar atmayın. Gərəkli korrektivlərdən, zəruri düzəlişlərdən yayınmayın.
Hansısa sənədin dəqiqləşdirilməsinə, təcili müzakirəyə ehtiyac duyulur.
Əkizlər – faydalı məlumat əldə etməyə can atın. İnformasiya axını intensiv olacaq. İrəliləyin, uğurlara nail olmaq üçün tərəfdaşlığı gücləndirin. Oxuduqlarınızı və eşitdiklərinizi sistemləşdirin. Prioritetləri yeniləyin.
Günün ikinci yarısında uzunmüddətli tərəfdaşlığa başlamaq olar. Fərqli təmaslar riskli olsa da, qısamüddətli avantüraya başlamaq olar. Yaradıcılıq arealını genişləndirin. Yaxın qohumlardan və dostlardan biri ilə bağlı xoş xəbər alacaqsınız. Fərdi seçimdə dürüst olun.
Vicdanınızla sövdələşməyə çalışmayın.
Xərçəng – işlərinizdə tərəqqiyə və yaxşı nəticələrə nail olmaq istəyirsinizsə, kollektiv fəaliyyətə üstünlük verin. Daşınmaz əmlak məsələləri ilə daha sıx və aktiv şəkildə məşğul olmaq olar. Variantları arayın, rieltorlarla görüşün, hüquqşünaslar və potensial alıcılarla, yaxud satıcılarla danışın, sənədləri hazırlayın.
Günün ikinci yarısında təməl prinsipləri qulaqardına vurmayın. Önəmli məsələlərdə diqqətli davranın. Yaşam arealınızda qayda yaradın. Fərqli istiqamətlərdə sıçrayışları reallaşdırmaq üçün məqsədləri konkretləşdirin.
Axşam saatlarında gəzintiyə çıxın.
Şir – yaxın ətrafınızdakı insanlarla aktiv təmaslarda olun. Əlaqələri yeniləyin və aktivləşdirin. Hadisələrə təsir imkanlarına malik insanlarla müzakirələri səngitməyin. Yeni tərəfdaş və ya şəriklər arayın. Dövlət qurumları ilə yanaşı, qeyri-rəsmi strukturların və kommersiya təşkilatlarının mənsubları ilə əməkdaşlığa başlamaq olar.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla yeni layihəyə başlaya bilərsiniz. Önəm verdiyiniz insanı daha yaxşı anlamaq üçün diqqət mərkəzində olun. Kölgəyə çəkilməyin.
Axşam saatlarını ailə üzvlərinə ayırın.
Qız – faydalı məlumatlar əldə etməyə can atın. Müqavilələri və sazişləri dəqiqləşdirin, ödənişlərdə və hesablamalarda diqqətli olun. Anlaşmaların mübahisəli məqamlarını təhlil edin. Elektron servislərdən istifadə edin.
Günün ikinci yarısında alış-verişə yollananda nə alacağınızı dəqiq bilin.
Seçimdə yanılmayın, nə istədiyinizə qərar verəndə astagəllik etməyin. Spontan addımlar yalnız zərər verə bilər.
Axşam saatlarında normal istirahət edin.
Tərəzi – tarazlığı qoruyun, mütənasibliyi poza biləcək radikal addımlar atmayın. Müstəqilliyə ifrat dərəcədə can atsanız, situasiyaya kobud müdaxilələrə rəvac verəcəksiniz. Pedant olun, amma aradabir yaradıcılıq axtarışlarına çıxın.
Hakim, qiymətləndirici, vasitəçi və ya müşavir rollarından birini oynamaq məcburiyyətində qala bilərsiniz.
Günün ikinci yarısında tərəfdaşlarla münasibətlərdə ən zəif yeriniz nəzakətdir. Yaxın ətrafınızdakı insanlardan birinin sizin ehtiyaclarınızı tam anlayacağını düşünməyin. Eqoist, təşəxxüslü olmayın.
İstəklərinizi pərdələməyin. Niyyət və arzularınızı dilə gətirin.
Əqrəb – danışıqlar və müzakirələr üçün əlverişli zamandır. Sənədləşdirmədə dəqiq olun, səhvlərə yol verməyin. Birgə layihələrin həyata keçirilməsində detallara fikir verin. Aqressiv olmayın. Sərt ritorika heç bir nəticə verməyəcək.
Günün ikinci yarısında ilkin razılaşdırmalar olmadan yeni layihəyə başlamayın. Mühüm məsələləri götür-qoy etmədən təhlilə uğratmayın. Bəzi məqamları maraqlı tərəflə təklikdə danışmaq daha yaxşıdır.
Fərdi məlumatların təhlükəsizliyini yoxlayın. Mühüm infomasiyanı əldə etmək üçün bütün vasitələrdən yararlanın. Kiminsə sizə etibar etdiyi sirri yaymayın.
Oxatan – məhsuldar və yaxşı gündür. Ünsiyyət əvəzinə işə üstünlük verin. Yaxın ətrafınızdakı insanların maraqlarını nəzərə alın. Hər şeyi şəxsi mənafeyə qurban verməyin. Ambisiyalarınızda ifrata varmayın. Dəyər verdiyiniz insanların təməl istəklərini və ehtiyaclarını nəzərə alın.
Günün ikinci yarısında yaxşı tanımadığınız insanlarla təmaslarda həddi aşmayın. Səmimi, nəzakətli olun. Təfərrüatlarına bələd olmadığınız situasiyalarda düşünülməmiş atılan addımlar sonradan ağır fəsadlara səbəb ola bilər.
Perspektiv əlaqələrə üstünlük verin.
Oğlaq – məqsədləri konkretləşdirin, hədəfləri təftişə uğradın. Karyera müstəvisində inkişaf, gərəkli çevrələrdə əlaqələrin möhkəmlənməsi, peşəkar biliklərlə bacarıqların artırılması, ümumi informatik səviyyənin yüksəldilməsi – bütün bunlar aktualdır. İş yerində toplantı, rəhbərliklə müzakirə, rəsmi instansiyalardan birində aktiv təmaslar və müqavilələrə yenidən baxılması istisna deyil.
Günün ikinci yarısında layihəni genişləndirin. Mövcud qaydalar çərçivəsindən kənara çıxmayın. Hisslərə qapılmayın. Sərf etdiyiniz enerji ilə gördüyünüz işin sonucları arasında ədalətli nisbət olmalıdır.
Dolça – bilikləriniz, bacarıqlarınız, məlumatlarınızdan yararlanın. Uzunmüddətli tərəfdaşlığa, yeni layihəyə başlamaq olar. Dünyagörüşünüzü artırın, təcrübənizi genişləndirin. Təhsil, hüquq, elm, proqramlaşdırma, turizm, səhiyyə sahəsində fəaliyyət göstərənlər üçün əlverişli zamandır.
Günün ikinci yarısında indiyədək əldə etdiyiniz təcrübədən və baza materiallardan yararlanın. Elektron ödənişlərə üstünlük verin. Belədə daha maraqlı işlər üçün vaxtınıza qənaət edə bilərsiniz.
Tərəfdaş və şəriklərlə təmaslarda ədalətli, vicdanlı davranışın ən yaxşı siyasət olduğunu unutmayın.
Balıqlar – intizamlı olmasanız, görəcəyiniz işlə bağlı yetərincə məlumatlar əldə etməsəniz, gün pis başlayacaq. Uğursuzluğa düçar olmamaq üçün diqqətli və sayıq davranın. Hər şey ani qaydada əldə olunmur. Sizdən tələb olunanları anlayın və yaranmış durumdakı şərtləri çək-çevirsiz qəbul edin.
Günün ikinci yarısında intuisiya işlək deyil. Qaydalara, situativ modellərə, təlimatlara əməl edin. Ağır və çətin şəraitdə ifrat dərəcə müstəqil olmağa can atmayın. Mütəxəssisdən yardım istəməkdə qəbahət yoxdur. Dövlət qurumlarına baş çəkməyi ertələməyin. Bu minvalla çoxsaylı suallara cavab tapmaqla yanaşı, səhvlərdən də sığortalana bilərsiniz.