Hindistana məxsus hərbi helikopter Butanda qəzaya uğrayıb

Hindistana məxsus hərbi helikopter qonşu Butan ərazisində qəzaya uğrayıb.

Hindistan KİV-ləri xəbər verir ki, Butanın Yonphula aeroportu yaxınlığında baş vermiş qəza nəticəsində 2 pilot ölüb. Pilotların biri Hindistan, digəri Butan hərbçisi olub. Qəzaya dumanlı havanın səbəb olduğu bildirilir.

Hindistan ordusunun yaydığı bəyanatda deyilir ki, ölkənin Arunaçal Pradeş ştatındakı Xirmu şəhərindən Butanın Yonphula hava limanına uçan helikopter yerli vaxtla saat 13:00 radələrində radarlardan itib. Dərhal axtarış işlərinə başlanılıb və helikopterin qalıqları aşkarlanıb. Qəzaya uğrayan helikopter Hindistan istehsalı olan kiçik ölçülü “Cheetah”dır.

Share: