“Qafqaz Qartalı – 2019” təliminin növbəti mərhələsi icra olunub

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə keçirilən Qafqaz Qartalı-2019 təliminin növbəti mərhələsi icra olunub.

Bu barədə Milletinsesi.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bu mərhələdə xüsusi təyinatlılar terrorçular olan binanın həmlə ilə zəbt edilməsi, eləcə də şərti düşmənin hava hücumundan müdafiə vasitələrinin sıradan çıxarılması üzrə tapşırıqları yerinə yetiriblər. Fəaliyyətlər aviasiyanın dəstəyi ilə həyata keçirilib.

 

Share: