
Ermənistanın ölkəmizə qarşı davam edən təxribatları fonunda beynəlxalq təşkilatların hələ də susqunluq sərgiləməsi artıq bizi təəccübləndirmir, çünki biz bunca illər ərzində onların iki siyasətinə öyrəşmişik”.
Bunu Moderator.az-a açıqlamasıdna sabiq diplomat Fikrət Sadıqov bildirib. Politoloq vurğulayıb ki, beynəlxalq təşkilatlar erməni təxribatlarına əvvəllər də cidid reaksiya verməyib. Sadəcə, müəyyən dönəmlərdə Azərbaycan diplomatiyası öz gücü hesabına cidid uğurlara nail olub:
“Məsələ bundadır ki, biz Birinci Qarabağ dönəmi və sonrakı dövrlərdə də beynəlxalq təşkilatlardan Ermənistana yönəlik ciddi qınaqlar, ciddi təpgilər görmədik. Sadəcə, müəyyyən dövrlərdə Azərbaycan diplomatiyası öz gücü hesabına Ermənistan üzərində böyük qələbələr əldə etdi. Nümunə üçün qeyd edim ki, BMT-nin Təhlükəsizlik Şurasında 4 qətnamənin qəbul edilməsi bunlardan biridir. Lakin bunu da qeyd edim ki, BMT qəbul etdiyi bu qətnamələrin icrası istiqamətində heç bir əməli iş görmədi. Necə ki, bu gün də erməni təxribatları ilə bağlı beynəlxalq təşkilatlar heç bir əməli iş görmür. Buna baxmayaraq, Azərbaycan beynəlxalq konfrans və müzakirələrdə Ermənistan üzərində diplomatik qələbələr əldə etməkdə davam edir. BMT-də Laçın sərhəd-keçid məntəqəsi ilə bağlı aparılan son müzakirələr buna nümunədir. Bu müzakirələr Ermənistanın təşəbbüsü ilə aparılmışdı. Lakin Ermənistan bu müzakirələrin nəticəsində ölkəmizə qarşı hər hansı qətnamənin qəbul edilməsinə nail ola bilmədi. Bütün dünya bir daha şahid oldu ki, Laçın yolunun bağlı olması ilə bağlı deyilənlər yalandır və ermənilər hər iki istiqamətdə bu yoldan təhlükəsiz şəkildə istifadə edə bilir. Ağdam-Xankəndi yolu da açıqdır və Azərbaycan dəfələrlə bəyan edib ki, ermənilər bu yoldan istifadə edə bilər. Lakin əgər onlar bu yoldan istifadə etmək istəmirsə, bu, artıq onların öz problemidir və bu yanaşma bir daha sübut edir ki, Qarabağdakı ermənilər arasında humanitar fəlakətin yaşanması ilə bağlı deyilənlər absurddur”.
Seymur ƏLİYEV