Nazir iki rəis müavinini işdən çıxardı

Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Gədəbəy rayon Polis Şöbəsi İstintaq Qrupunun rəisi polis mayoru İbrahim Hüseynov vəzifəsindən çıxarılaraq, həmin qrupun baş müstəntiqi təyin edilib.

Milletinsesi.az xəbər verir ki, bu barədə Unikal.org-a Gədəbəy rayon Polis Şöbəsindən məlumat verilib.

Nazirin digər əmri ilə polis kapitanı Bərzani Abbasov Gədəbəy rayon Polis Şöbəsi İstintaq Qrupunun rəisi təyin edilib.

***

Samux Rayon Polis Şöbəsinin (RPŞ) rəisinin iki müavini vəzifəsindən azad edilib.

Report-un Qərb Mərkəzi xəbər verir ki, bu barədə Daxili İşlər naziri Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Məlumata görə, Samux RPŞ-nın xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Kazım Bayramov və əməliyyat üzrə rəis müavini, polis polkovnik-leytenantı Malik Məmmədov tutduqları vəzifədən azad ediliblər.

Qeyd edək ki, rəis müavini vəzifələrinə hələlik yeni təyinat olmayıb.

 

Share: