Ermənistan parlamentinin sədri: “Azərbaycanın ərazi bütövlüyünü tanıyıram”

“Azərbaycanın ərazi bütövlüyünü tanıyıram”.

Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb-tanımaması sualını cavablandırarkən deyib.

Onu da əlavə edək ki, Şenqavitdə Vətəndaş Sazişi partiyasının kampaniyası zamanı sakinlərdən biri yuxarı mərtəbədən Simonyanın başına su töküb.

Görüntülər sosial mediada yayılıb.

Mənbə

Share: