Sentyabrın 27-də Quba rayonu ərazisində 3.3 bal gücündə zəlzələ baş verib.
Milletinsesi.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən bildirir ki, yeraltı təkanlar yerli vaxtla saat 23:17-də Xınalıq stansiyasından 10 km şimal-şərqdə qeydə alınıb.
Ocağı 38 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.