BDU-da çiçəkəkmə aksiyası keçirilib – FOTOLAR

BDU-da çiçəkəkmə aksiyası keçirilib – FOTOLAR

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə çiçəkəkmə aksiyası keçirilib.

 

Bu barədə Moderator.az-a BDU-dan bildirilib.

 

Çiçəkəkmə aksiyasında Tələbə Həmkarlar İttifaqı Komitəsi, Tələbə Gənclər Təşkilatının üzvləri və BDU könüllüləri iştirak ediblər.

 

15 sentyabr – Bilik Gününə həsr olunmuş aksiyada 600-dək gül əkilib. Tədbirin məqsədi ətraf mühitin qorunmasına kömək etmək, ekoloji tərbiyəni gücləndirmək və təbiətə töhfə verməkdir.

Mənbə

Share: