ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) naziri İsmayıl Xətib İranın Azərbaycanla əlaqələri və problemləri ilə bağlı xəbərlərə aydınlıq gətirib.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.
Məlumata görə, nazir İranın “Kanal-3” televiziyasında yayımlanan “Dayanmadan” verilişində bildirib:
“İranın Bakı ilə problemi ciddi deyil və əsasən, siyasi və media aspektləri bunu qızışdırır. Təbii ki, biz bu cüzi məsələləri də tamamilə həll etməyə çalışırıq”.