“Neftçi”nin zədəli futbolçularının son durumuna aydınlıq gəlib.
Bu barədə “ağ-qaralar”ın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlama verib.
Onun sözlərinə görə, hələ də zədəsini sağaltmayan Rəhman Hacıyevin müalicəsi davam edir və futbolçu fərdi hərəkətlərlə kifayətlənir: “Ömər Buludov və Eddi İsrafilov komanda ilə məşqlərə qoşulublar. Qapıçı Emil Balayevin isə bərpa prosesi davam edir”.
Qeyd edək ki, “Neftçi” bu gün VI turda “Araz-Naxçıvan”la üz-üzə gələcək. Qarşılaşma saat 18:00-da start götürəcək.