Dələduzluq edən Siyəzən sakini saxlanılıb

Xızı rayon polis şöbəsi (RPŞ) əməkdaşları vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən Siyəzən rayonunun Zarat kənd sakini, əvvəllər dəfələrlə məhkum olunan Samir Məmmədovu saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan Milletinsesi.az-a verilən məlumata görə, S.Məmmədovun müxtəlif vaxtlarda Xızı, Siyəzən və Şabran rayonları ərazilərində sürücüləri müxtəlif bəhanələrlə saxlatdığı, imkansız, xəstə olması və müalicə üçün pula ehtiyacı olduğunu bildirərək onlardan aldatma yolu ilə pul aldığı məlum olub. Dindirmə zamanı S.Məmmədov törətdiyi cinayət əməllərini etiraf edib.

Polis əməkdaşları S.Məmmədovun digər oxşar cinayətlərdə iştirakını da istisna etmir.

Əgər onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Xızı RPŞ-nə (023) 315-01-31 nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

Share: