Azərbaycan vətəndaşlığını qəbul etməyən və Qarabağı könüllü şəkildə tərk edən ermənilərin birinci qrupu, təxminən 30 nəfər, artıq Qərbi Zəngəzurdadır.
Moderator.az bildirir ki, bunu Zəngəzur vilayətinin qubernatorunun müşaviri Karen Balyan “Ermənistan xəbərləri” – news.am-ın müxbiri ilə söhbətində deyib.
“Birinci qrup artıq qəbul olunub” – deyən Balyan Qarabağdan olan köçkünlərin problemləri ilə məşğul olacaq işçi qrupunun yaradıldığını vurğulayıb.
“Biz onları imkan daxilində kəndlərdə, şəhərlərdə yerləşdirməyə hazırlaşacağıq” – o deyib.