“Kəpəz” səfərdə “Sabah”la heç-heçə edib

“Kəpəz” səfərdə “Sabah”la heç-heçə edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.

 

Moderator.az-ın məlumatına görə, günün ilk matçında “Sabah” “Kəpəz”i qəbul edib.

 

Qarşılaşma 2:2 hesabı ilə bitib. Bu nəticədən sonra hər iki komanda xallarının sayını 5-ə çatdırıb və 8-9-cu yerləri bölüşdürürlər.

 

Qeyd edək ki, günün digər görüşündə “Səbail” “Araz-Naxçıvan”la üz-üzə gələcək. Daha əvvəl “Sumqayıt” – “Turan Tovuz” (0:0) və “Zirə” – “Neftçi” (1:1) qarşılaşmaları heç-heçə yekunlaşıb. Tura sentyabrın 25-də “Qəbələ” – “Qarabağ” oyunu ilə yekun vurulacaq.

Mənbə

Share: