“Zəngəzur dəhlizinin açılışı regiondakı bütün xalqların xeyrinədir”

“Zəngəzur dəhlizinin açılışı regiondakı bütün xalqların xeyrinədir və ümid edirik ki, bu, belə olacaq”.

Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş İrlandiyanın paytaxtı Dublində keçirilən Avropa İttifaqına üzv dövlətlərin parlament sədrlərinin konfransının birinci sessiyasında çıxışı zamanı deyib.

Azərbaycan, Türkiyə, Rusiya, İran, Ermənistan və Gürcüstanın da daxil olduğu altıtərəfli platformadan danışan TBMM sədri Qafqazda bunu istəməyən qüvvələrin olduğuna da diqqət çəkib: “Zəngəzur dəhlizinin açılışı bir ölkənin təşəbbüsü deyil. Amma sülhün Qarabağda Azərbaycan və Ermənistan arasında əldə olunması ilk növbədə bu iki ölkədən asılı olan məsələdir”.

“Qarabağ əbədi olaraq Azərbaycan torpağıdır və Azərbaycan xalqınındır”, – deyən Numan Kurtulmuş Azərbaycanı işğalçılıqda ittiham edənlərə cavab olaraq deyib ki, Azərbaycan 33 illik işğaldan sonra ərazi bütövlüyünü bərpa edib: “33 illik Qarabağ işğalı qarşısında Azərbaycanın öz torpaqlarını xilas etmək üçün göstərdiyi həssaslığı anlayırıq, qiymətləndiririk və tam dəstəkləyirik”.

Mənbə

Share: