Baş prokuror Qəhrəmanlı olayından danışdı

Qadın və uşaqların hüquqlarını müdafiə edən bəzi qeyri-hökmət təşkilatları Baş Prokurorluğa AXCP-nin keçmiş sədr müavini Fuad Qəhrəmanlının özü ailə üzvlərinə qarşı törətdiyi işgəncələr, izdirablar, ağır xəsarətlər yetirilməsi ilə bağlı onun cinayət məsuliyyətinə cəlb olunması üçün müraciət ediblər.

Report-un xəbərinə görə, bunu Baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, həmin müraciət hazırda Baş Prokurorluqda baxılma mərhələsindədir:

“Sözsüz ki, biz ilk növbədə zərərçəkmişlərin, həm həyat yoldaşının, həm də azyaşlı qızının rəsmi mövqeyini öyrənməliyik. Bundan sonra qanun çərçivəsində qərar qəbul olunacaq”.

“Xüsusilə onu vurğulamaq istərdim ki, bu gün özünü müxalifət adlandıran, özlərini vətəndaşların hüquqlarının müdafiəsi üzrə daim cəmiyyətə təqdim edən şəxslər öz ailələrində bu cür qanunsuz, vəhşi hərəkətlər etdiklərinə görə cəza almalıdırlar. Bizdə olan məlumata görə, həmin partiyanın rəhbərliyinin də bundan xəbəri olub və təəssüflər olsun ki, onlar da vaxtında heç bir tədbir görməyib, heç bir məlumat verməyiblər”, – deyə, Z.Qaralov deyib.

 

Share: