Moderator.az redaksiyasına Yasamal rayonu Ələsgər Ələkbərov küçəsində yaşayan sakinlərdən şikayət daxil olub. Şikayətdə bildirilir ki, artıq bir sutkaya yaxındır, yəni 1 oktyabr 2023-cü il saat 16:00-dan etibarən indiyədək yaşayış binalarına içməli su verilişi dayandırılıb.
Araşdırmamızdan bəlli oldu ki, “Azərsu” ASC-nin rəsmi internet saytı 3 gündür ki, sentyabrın 29-dan bəri yenilənməyib, sayta sonuncu xəbər həmin tarixdə, saat 15:09-da qoyulub. Yəni bəhs edilən olay barədə də sakinlərə heç bir məlumat verilməyib.
“Azərsu” ASC Yasamal Rayon Sukanal İdarəsinin çağrı mərkəzindən sorğumuza cavab olaraq bildirildi ki, rayonun içməli su təchizatında müəyyən problem yaranıb. Bu gün təxminən, saat 14:00 radələrində, yəni təxminən yarım saat sonra yaşayış binalarına su verilişi bərpa ediləcək…
Moderator.az