Qırğızıstan Prezidenti Müdafiə Nazirliyində təyinatlar həyata keçirib

Qırğızıstan Prezidenti Müdafiə Nazirliyində təyinatlar həyata keçirib

Qırğızıstan Prezidenti Müdafiə Nazirliyində bir sıra təyinatlar həyata keçirib.

Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Silahlı Qüvvələrin (SQ) Baş Qərargah rəisi Erlis Terdikbayev müdafiə nazirinin birinci müavini təyin edilib. Digər sərəncamla Akılbek İbrayev bu vəzifədən azad edilib.

Əvvəllər SQ-nin Cənub-Qərb Əməliyyat Komandanlığının komandanı vəzifəsində çalışan Ruslan Mukambetov Baş Qərargahın rəisi olub. Onun yerinə isə Almazbek Karasartov təyin edilib.

Mənbə

Share: