“Roma Statutunun ratifikasiyası Ermənistan-Rusiya gərginliyini pik həddə çatdıracaq”

“Roma Statutunun ratifikasiyası Ermənistan-Rusiya gərginliyini pik həddə çatdıracaq”

Ermənistan Rusiya prezidenti Vladimir Putinin həbsinə əsas verən Roma Statutunu ratifikasiya edib.

 

Bununla bağlı Moderator.az-a açıqlama verən politoloq Qabil Hüseynli Ermənistanın bu addımının onun Rusiya ilə münasibətlərini son dərəcədə kəskinləşdirəcəyini vurğuladı:

 

“Ermənistanla Rusiya arasıdna münasibətlər onsuz da kifayət qədər gərgin idi. Lakin Ermənistan parlamentinin Roma Statutunu ratifikasiya etməsi bu gərginliyi antaqonist ziddiyyətlər səviyyəsinə yüksəltdi.  Artıq əminliklə demək olar ki, bu addımdan sonra münasibətlərdəki gərginlik pik həddə çatacaq.  Artıq iki ölkə arasındakı siyasi münasibətlərlə yanaşı, bütün digər məsələlər, o cümlədən Ermənistandakı rus hərbi bazasının aqibəti, keçmişdən bəri mövcud olan müttəfiqlik əlaqələrinin taleyi və s. sual altındadır. Görünən odur ki, İrəvan birmənalı şəkildə Rusiyadan üz döndərərək Qərbə üz tutub, hər imkanda Rusiyanın mövqeyini və nüfuzunu zəiflətməyə çalışır.

 

Rusiyanın baş verənlərə münasibəti, bundan duyduğu narahatlıq ortadadır. Ancaq bununla belə indiki halda Ermənistan-Rusiya münasibətlərinin gələcəyi haqqında qəti fikir bildirmək çətindir”.

 

Seymur ƏLİYEV

 

Mənbə

Share: