Ümumdünya Kosmos Həftəsi çərçivəsində ADNSU-da görüş keçirilib

Ümumdünya Kosmos Həftəsi çərçivəsində ADNSU-da görüş keçirilib

Oktyabrın 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Kosmik elm simpoziumu: görkəmli alimlərlə dialoq” keçirilib.

Moderator.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin (“Azərkosmos”) təşkilatçılığı ilə Azərbaycanda 2-ci dəfə keçirilən Ümumdünya Kosmos Həftəsi (“World Space Week”) çərçivəsində baş tutan görüşdə kosmik sahə mütəxəssisləri və tələbələr iştirak edib. 

Azərbaycanın Kosmik Agentliyinin əməkdaşı Əsəd Həsənovun moderatorluğu ilə keçirilən interaktiv görüşdə İstanbul Texniki Universitetinin professoru Çingiz Hacıyev, İstanbul Ticarət Universitetinin professoru Abdulla Sofiyev, Capella Space” şirkətinin meneceri Esmira Bayramova kosmik tədqiqat və araşdırmalarla bağlı məlumat verib, həmçinin bu istiqamətdə həyata keçirilə biləcək layihələrdən, kosmik sənayenin nailiyyətlərindən və qlobal tendensiyalardan danışıblar.

Qeyd edək ki, Ümumdünya Kosmos Həftəsi gəncləri kosmik sahəyə həvəsləndirmək, maarifləndirmək, innovativ kosmik ekosistemi inkişaf etdirmək məqsədilə BMT Baş Assambleyasının qərarı ilə 2000-ci ildən başlayaraq hər il 4-10 oktyabrda keçirilir. 4 oktyabr (1957) Yerin ilk süni peyki “Sputnik-1″in orbitə çıxarıldığı gün, 10 oktyabr (1967) isə “Ay və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqında” müqavilənin imzalandığı tarixdir. Azərbaycan bu beynəlxalq layihəyə 2015-ci ildə qoşulub.

Mənbə

Share: