“Qarabağda separatçılıq Heydər Əliyevin Moskvada vəzifədən kənarlaşdırılmasıyla başladı”

“Qarabağda separatçılıq Heydər Əliyevin Moskvada vəzifədən kənarlaşdırılmasıyla başladı”

Nəsib Məhəməliyev: “Ulu öndərin hakimiyyəti zamanı ermənilər buna cürət edə bilmirdi”

 

Millət vəkili Nəsib Məhəməliyev Moderator.az-a açıqlamasında Qarabağda separatçılıq hərkatının tarixi ilə bağlı maraqlı fikirlər səsləndirib.

 

Millət vəkili qeyd edib ki, Qarabağda separatçılıq hərəkatı Heydər Əliyevin Moskvadakı vəzifəsindən uzaqlaşdırılmasından sonra başlayıb. Belə ki, Ulu öndərin yüksək siyasi postdan uzaqlaşdırılmasını fürsət kimi dəyərləndirən ermənilər, Qarabağda açıq separatçılıq fəaliyyətinə başlayıblar:

 

“3 oktyabr 1993-cü il müasir Azərbaycanın dövlətçilik salnaməsinə ən əlamətdar, taleyüklü günlərdən biri olaraq yazılmışdır. Ümummilli Lider, Azərbaycan dövlətinin xilaskarı Heydər Əliyev tam mütəşəkkilliklə xalqın etimadını qazanmış və prezident seçilmişdir. 1988-ci ildən başlayaraq, Respublikaya rəhbərlik edən və ildə bir dəfə dəyişən siyasi hakimiyyətlərin kreslo davaları, səriştəsizliyi, qeyri-peşəkarlığı nəticəsində Ermənistandan 250 mindən artıq soydaşlarımız qovulmuş, Xocalıda və Qarabağın müxtəlif bölgələrində soyqırımlar törədilmiş, Kəlbəcər, Şuşa, Laçın rayonları işğal olunmuş, Gəncədə qardaş qlrğını baş vermişdi. Ölkədə separatçılıq, parçalanmalar, hərc-mərclik baş alıb gedirdi. Konkret olaraq bir kəlmə ilə izah etsək, ölkə idarəolunmaz hala gəlmiş və Heydər Əliyevə dəhşətli bir miras qalmışdı.

 

Prezident seçildikdən sonra, dövlətçiliyimiz üçün ən ciddi təhlükələrdən sayılan bəzi destruktiv qüvvərin neytrallaşdlrılmasına nail olan Heydər Əliyev, cəmiyyətin bütün sahələrini əhatə edən genişmiqyaslı islahatlara başladı. Həm daxili, həm də xarici siyasətdə milli və dövlət maraqlarını özündə əks etdirən strateji istiqamətləri müəyyənləşdirdi. 30 il keçəndən sonra, 1993-cü ildə qoyulmuş strategiyanın nə qədər doğru olduğunu bu günki güclü, iqtisadi, hərbi cəhətdən hərtərəfli inkişaf etmiş müstəqil Azərbaycanın timsalında görürük. Ölkəmizin beynəlxalq nüfuzunun təməlində, xalqımız son dərəcə mürəkkəb dövürdə, 93-cü il, 3 oktyabr seçkiləri durur. Əgər, müdrik Azərbaycan xalqı təkidlə Ulu Öndəri hakimiyyətə gətirməsəydi, bu gün hər birimiz üçün fantastik görünən, hətta yuxuda belə arzulamağa cürət edə bilmədiyimiz Qarabağı azad edə bilməz, möhtəşəm qələbələrimiz olmazdı. Heydər Əliyev tərəfindən əsası qoyulmuş neft strategiyası, güclü iqtisadiyyat, Silahlı Qüvvələr və Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi hücum diplomatiyası, 200 ildən bəri itirə-itirə gəldiklərimizin geri qaytarılması ilə nəticələndi. Qələbəni təmin edən amillərdən biri də, Ulu Öndərin müəllifi olduğu və ölkədə milli birliyin əsasını təşkil edən azərbaycançılıq ideyasıdır. 44 günlük müharibədə və ondan sonrakı proseslərdə etnik mənsubiyyətindən, dinindən asılı olmayaraq, hər bir azərbaycanlı dövlət Başçısının ətrafında yumruq kimi birləşdi. Azərbaycançılıq məfkurəsi, multikultural cəmiyyət olaraq, dünya erməniliyi ilə mübarizədə, informasiya cəbhəsində ən güclü silah olaraq özünü təsdiq etdi.

 

Bu da faktdlr ki, Qarabağda separatçılıq hərəkatı, məhz Heydər Əliyevin Moskvadakı vəzifələrindən kənarlaşdırıldığından sonra başlamışdı. Heydər Əliyevin hakimiyyəti zamanı ermənilər cürət edə bilmirdilər.

 

Oktyabrın 3-də Suqovuşanın azad olunması da bir xoş təsadüfdür. Rəmzi olaraq, Heydər Əliyevin prezident seçilməsi münasibətilə hədiyyə olaraq qəbul oluna bilər. Fərq etməz, təki qələbələrimizin sayı daha çox, bölgədə əmin-amanlıq, sülh olsun. Heydər Əliyev dünya çapında tanınmış Lider, xalqının və dövlətinin xilaskarı, bir neçə ömrə sığmayan qlobal işlər görmüş dahi şəxsiyyət olaraq adını tarixə qızıl hərflərlə yazdırmışdlr. Minilliklər ötsə də, onun xidmətləri, qədirbilən Azərbaycan xalqı tərəfindən minnətdarlıqla xatırlanacaqdır”.

 

Seymur ƏLİYEV

 

Mənbə

Share: