Braziliyada təyyarə anqara çırpıldı: Anbaan görüntülər

Braziliyada təyyarə anqara çırpıldı: Anbaan görüntülər

Braziliyanın Lukas-do-Rio Verde şəhərində ikimühərrikli “Beechcraft C90GTi King Air” təyyarəsi qəzaya uğrayıb.

Bom Futuro hava limanından havaya qalxdıqdan az sonra təyyarənin sol qanadı uçuş-eniş zolağına sürtünüb. Təyyarə uçuş-eniş zolağında sürükləndikdən sonra anqara çırpılıb və partlayıb, daha sonra alovlanıb.

Qəza nəticəsində təyyarənin pilotu və uçuş-enmə zolağı xidmətçisi həyatlarını itiriblər, iki sərnişin yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Mənbə: Haber Global

Mənbə

Share: