“Biz elə etməliyik ki, bizim Ukraynaya dəstəyimiz uzunmüddətli və davamlı olsun…”

“Biz elə etməliyik ki, bizim Ukraynaya dəstəyimiz uzunmüddətli və davamlı olsun…”

“Rusiya NATO-nun ölkəmizə qarşı istənilən təhlükəli planlarının qarşını almaq üçün bütün hərbi-texniki və digər imkanlara malikdir…

 

İsveç Ukraynaya qırıcı təyyarələr verməyə hazırdır, amma bir şərt var

 

İsveç hökuməti Silahlı Qüvvələrə “Saab JAS 39 Gripen” qırıcı təyyarələrinin Ukraynaya göndərilməsi imkanını öyənməyi və bir aydan sonra, noyabrın 6-da müvafiq hesabat təqdim etməyi tapşırıb.

 

Moderator.az xəbər verir ki, bu barədə İsveçin müdafiə naziri Pal Yonson Ukrayna Silahlı Qüvvələrinə 2, 2 milyard kron (təxminən 200 milyon dollar) məbləğində yeni yardım paketini anons edərkən bəyan edib. Məlumatı “regnum.ru” nəşri yayıb.

 

Bu zaman nazir vurğulayıb ki, daxili təhlükəsizlik mülahizələrinə görə İsveç təyyarələri göndərməzdən öncə NATO-nun üzvü olmalıdır.

 

“Biz elə etməliyik ki, bizim Ukraynaya dəstəyimiz uzunmüddətli və davamlı olsun”, – Yonson deyib.

 

2022-ci ilin may ayında İsveç və Finlandiya NATO-ya daxil olmaq barədə sorğu tədqim edib.

 

2023-cü ilin aprelində Finlandiya Alyansa daxil olub. İsveç NATO-ya payızın sonunda daxil olmağa ümid edir, hərçənd, Türkiyə və Macarıstan bunu ləngidir.

 

Yonsonun dediyi 14-cü yardım paketinə, əsasən, əvvəllər verilən sistemlər üçün döyüş sursatları, həmçinin tırtıllı avtomobillər, xərəklər, gecə görmə cihazları və durbinlər, habelə ukraynalı hərbçilər üçün qış geyimləri daxildir.

 

Avqustun 19-da Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, ukraynalı təyyarəçilər artıq İsveçin “JAS Gripen” qırıcı təyyarələrində məşqlərə başlayıb.

 

Onun sözlərinə görə, o zaman bu qırıcıların Ukrayna Silahlı Qüvvələrinə verilməsi barədə danışıqlar gedib.

 

Bundan öncə oktyabrın 6-da Rusiya XİN rəhbərinin müavini Aleksandr Qruşko deyib ki, Moskva yazda NATO-ya daxil olan və Rusiya ilə sərhəd boyunca müdafiə qurğularının inşasına başlayan Finlandiyanın hərəkətləri səbəbindən özünün şimal-qərb istiqamətini möhkəmləndirəcək.

 

O, vurğulayıb ki, Rusiya NATO-nun ölkəsinə qarşı istənilən təhlükəli planlarının qarşısını almaq üçün bütün hərbi-texniki və digər imkanlara malikdir.

 

“Saab JAS 39 Gripen” İsveçin “SAAB Avioniks” şirkəti tərəfindən istehsal edilən 4-cü nəsil çoxməqsədli qırıcı təyyarədir.

 

1997-ci ildən İsveç HHQ silahlanmasındadır. Yüksək hündürlükdə təyyarənin maksimal sürəti təxminən 2200 km/saat təşkil edir.

 

Döyüş radiusu 800 km, döyüş ehtiyatı 120 mərmidir. “Hava-hava” və “hava-yer” sinfindən olan raketləri daşıya bilər.

Mənbə

Share: