“Tottenhem” 10 nəfərlə qalib gəlib “Mançester Siti”ni “taxtdan saldı”

“Tottenhem” 10 nəfərlə qalib gəlib “Mançester Siti”ni “taxtdan saldı”

İngiltərə Premyer Liqasında VIII tura start verilib.

Açılış matçında “Tottenhem” “Luton”un qonağı olub.

Qarşılaşma London təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb. 52-ci dəqiqədə Miki van de Venin vurduğu qol matçda yeganə olub. 45+4-cü dəqiqədə Yves Bissumanın ikinci “sarı”dan qırmızı vərəqə görməsi ilə “Tottenhem” ikinci hissəni 10 nəfərlə keçirib.

Qələbə sayəsində xallarını 20-yə çatdıran “Tottenhem” “Mançester Siti”ni geridə qoyaraq turnir cədvəlində azı bir günlük liderliyi ələ keçirib. 18 xalı olan şəhərlilər sabah 17 xalla üçüncü olan “Arsenal”la səfər oyununa çıxacaqlar.

Mənbə

Share: