HƏMAS hədəfinin məhv edilməsi canlı yayıma düşdü

HƏMAS-ın İsrailə qarşı başlatdığı “Əqsa tufanı” əməliyyatına cavab olaraq İsrail ordusu müvafiq güc tətbiqini davam etdirir.

Belə ki Qəzza zolağında HƏMAS-ın hədəflərindən birinin məhv edilməsi anı canlı yayıma düşüb.

Görüntülərdə jurnalistin həyəcanlı halda canlı yayımdan çıxdığı və kameramanın arxa fondakı binanın çökməsini qeydə aldığı əks olunub.

Xatırladaq ki, bu gün səhər saatlarında İsrailin müdafiə naziri Yoav Qallant Qəzzanı tam mühasirəyə almağı əmr edib.

Mənbə: Haber Global

Mənbə

Share: