BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Çərşənbə axşamı , Oktyabr 15 2019

Hökumət Evi təmir edilir


Hökumət Evinin 2-ci və 9-cu mərtəbələrində təmir işləri aparılacaq.

Milletinsesi.az Report-a istinadən xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi bu məqsədlə açıq tender keçirəcək “Kontinent İnşaat” MMC-ni qalib elan edib.

Qalib şirkətə 824 822 manat ödəniləcək.

Xatırladaq ki, Hökumət Evi Bakının mərkəzində yerləşir. Onun inşası 1924-52-ci illərdə həyata keçirilib. Burada ara-sıra, o cümlədən müstəqillik dövründə (təxminən 10 il bundan əvvəl) əsaslı təmir işləri aparılıb.