BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Çərşənbə , Oktyabr 23 2019

Mingəçevirdə polis bıçaqlandı


Mingəçevirdə polis əməkdaşı bıçaqlanıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, əvvəllər məhkum olunmuş şəhər sakini Xamis Sadıqov küçədə nalayiq ifadələr işlədib. Bu zaman ərazidə olan polis əməkdaşı Məmmədov Rəşad Məzahir oğlu keçmiş məhkumdan söyüş söyməməyi xahiş edib. X.Sadıqov isə polis mayoruna bıçaqla xəsarət yetirib.

Hadisəni törədən X.Sadıqov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.