Millimizin rəqibinin heyətində yeni futbolçu

Avro-2020-nin seçmə mərhələsində bu ay Xorvatiya və Azərbaycan millisi ilə qarşılaşacaq Macarıstan yığmasına daha bir oyunçu çağırılıb.

Qol.az-ın Macarıstan mətbuata istinadən yaydığı xəbərə görə, “Dunayska”nın yarımmüdafiəçisi Mate Vida komandaya dəvət edilib.

Qeyd edək ki, Macarıstan Avro-2020-nin seçmə mərhələsində oktyabrın 10-da Xorvatiya, 13-də isə millimizlə qarşılaşacaq.

Share: