İraqda baş verən etiraz aksiyaları zamanı həlak olanların sayı 12-yə, yaralıların sayı isə 650-yə çatıb.
Milletinsesi.az xəbər verir ki, bu barədə “Şəfəq” nəşri yazıb.
“Etiraz aksiyaları zamanı 11 etirazçı və 1 təhlükəsizlik işçisi həlak olub. Yaralıların sayı 650-dir. Onlardan 87 nəfəri təhlükəsizlik orqanlarının əməkdaşlarıdır”, – nəşr bildirib.
İraqda baş verən etiraz aksiyaları zamanı 122 nəfər saxlanılıb.