ABŞ-ın İrandan neft idxalına sanksiyalar tətbiq etməsi regionda sülh və sabitliyə xidmət etməyəcək və İran xalqına zərər verəcək.
Milletinsesi.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlüt Çavuşoğlu özünün “tviter” hesabında paylaşıb. O bildirib: “Tək tərəfli sanksiyaları və qonşularımızla necə əlaqə quracağımız mövzusundakı təzyiqi qəbul etmirik”.
Qeyd edək ki, Ağ ev İran neftinə qarşı tətbiq edəcəyi sanksiyaladan daha əvvəl azad etdiyi 8 ölkəyə də güzəşt etməyəciyini bildirib.