“Nədən Putin Avdeyevkanı ələ keçirməyə cəhd göstərir?”

“Nədən Putin Avdeyevkanı ələ keçirməyə cəhd göstərir?”

“Putin hesab edir ki, o, uduzmamalı, işğal edilmiş ərazilərdə qalmalı, ya da vəziyyətin eskalasiyasına rəvac verməlidir…”

 

“Rusiya qoşunları oktyabrın 10-dan Avdeyevkanı ələ keçirmək məqsədilə uğursuz hücumları zamanı bir neçə min əsgərini və onlarla vahid texnikasını itirib…”

 

Rusiya ordusunun Avdeyevka rayonunda hücum cəhdləri Vladimir Putinin qlobal elitalara onun Rusiya Federasiyasının beynəlxalq hüquqla hesablaşmadığı yeni dünya düzənini yaratmaq planını qəbul etməli olduğu barədə siqnalıdır.

 

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak informasiya telemarafonunun efirində bəyan edib. Məlumatı “news.online.ua” nəşri yayıb.

 

“Heş şübhəsiz, bu, təsadüfi deyil. Putin qlobal elitalara onun müəyyən qabiliyyətlərinin olduğunu sübut etməlidir. Yəni ya onun şərtləri qəbul edilməli, yəni o, uduzmamalıdır, – bu gün bu, Putin üçün ən başlıca məqsəddir, buna görə də vəziyyətin eskalasiyasına rəvac verir…

 

Eskalasiya Putinə ona görə lazımdır ki, onun qlobal birliklərə rusiyalıların beynəlxalq hüquqa məhəl qoymadan davrana biləcəyi yeni dünya düzənini qəbul etməli olduğunu sübut etsin”, – o, deyib.

 

Podolyakın sözlərinə görə, Avdeyevkanı ələ keçirmək cəhdləri həmçinin dünya liderlərinə rusiyalıların müharibəni aparmaq üçün hələ də kifayət qədər resurslarının olduğunu göstərməlidir.

 

“O, onlara deyir: “Ya siz bizim şərtləri qəbul edəcəksiniz, o zaman biz işğal edilmiş ərazilərdə qalacağıq və beləliklə Rusiyanın qalib gəldiyini hesab edəcəyik, ya da biz eskalasiyanı gerçəkdən davam etdirəcəyik”, – o, qeyd edib.

 

Podolyak həmçinin qeyd edib ki, Putin üçün Avdeyevkanı ələ keçirmək cəhdlərində nə qədər ukraynalı və ya rusiyalı hərbçilərin həlak olması önəmli deyil.

 

“Putin üçün bu gün ən başlıcası işğal edilmiş ərazilərdə qalmaq və bu müharibəni az intensivli münaqişəyə çevirmək, 2014-cü ildə olduğu kimi, amma başqa şərtlərlə  müəyyən danışıqlar aparmaqdır.

 

Çünki 2014-cü ildən sonra Putin özünü qlobal oyun qaydalarını qəbul edən, beynəlxalq hüquqa ruayət edən insan kimi göstərməyə davam edibsə də, tammiqyaslı hərbi müdaxilədən sonra Putin ona beynəlxalq hüquqla tam həcmdə hesablaşmamağa imkan verilməsini istəyir”, – o, deyib.

 

Ukraynada müharibə-Avdeyevka ətrafında vəziyyət

 

Rusiya qoşunları oktyabrın 10-dan Avdeyevka rayonunda şəhəri ələ keçirmək məqsədilə hücum etməyə uğursuz cəhdlər edir. Bu müddət ərzində düşmən artıq bir neçə min əsgərini və onlarla vahid texnikasını itirib.

 

Hərbi icmalçı Denis Popoviçin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin cənubda hücumunun iflasa uğraması barədə yalan bəyanatlar fonunda Rusiyaya qələbə lazımdır. Avdeyevka rayonunda boz zonanın əhəmiyyətsiz genişləndirilməsi üçün rusiyalılar müqayisəedilməz bədəl ödəyir.

Mənbə

Share: