“Qarabağ”ın Almaniyaya səfər proqramı bəlli oldu

“Qarabağ”ın Almaniyaya səfər proqramı bəlli oldu

UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Almaniyada yerli “Bayer 04” ilə üz-üzə gələcək “Qarabağ”ın səfər proqramı bəlli olub.

 

“Köhlən atlar”ın mətbuat katibi Anar Hacıyevin verdiyi məlumata görə, kollektiv sabah 19:00-da çarter reysi ilə Leverkuzenə yola düşəcək.

 

Matçdan bir gün əvvəl, yerli vaxtla 18:00-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, 19:00-da komandanın açıq məşqi nəzərdə tutulub.

 

Qeyd edək ki, oktyabrın 26-da reallaşacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. “Qarabağ” və “Bayer 04” əvvəlki iki qarşılaşmada qələbə qazanıb.

 

Mənbə

Share: