
Əməkdar artist, Akademik Musiqili Teatrının aktyoru Əkbər Əlizadənin ölüm xəbəri yanlışdır.
Moderator.az saytı olaraq, aktyorla əlaqə saxladıq, zəngimizə özü cavab verdi:
“Bu xəbərdən yaxınlarımın, doğmalarımın, həmkarlarımın mütəəssir olub, narahatlıq və stress keçirmələri məni çox məyus etdi. Görünür, hələ də bizim saytlarda yalnız maaş almaq istəyi ilə çalışan bisavad, hırla-zırı qanmayanlar yer tutur. Baxış sayı toplayıb, doğru olmayan xəbərlərlə gündəm qazananlar, görünür, həyatda da heç nə əldə etməyənlərdir. Bir insanın yanlış ölüm xəbərini yaymaqla hansı savabı qazanıb, işinizdə hansı irəliləyişə nail oldunuz? Bir anda neçə-neçə insanın nifrətini, qarğışını qazandınız. Ölüm haqdır. Ümumiyyətlə, kim mənə nə arzu edirsə, mən də onlara min qatını arzu edirəm.”
Gülçin Qorxmaz
Moderator.az