Bakıda manatlıq taksilərin “qovma şousu” faciə ilə nəticələndi

Bakıda manatlıq taksilərin “qovma şousu” faciə ilə nəticələndi

Bu gün səhər saatlarında Bakıda ağır avtomobil qəzası baş verib.

Hadisə şahidlərinin “Trend”ə verdiyi xəbərə görə, qəza Sabunçu rayonu Pirşağı-Məmmədli yolunda qeyd alınıb.

Məlumatda bildirilir ki, manatlıq taksilərin sərnişin götürmək üçün “qovma şousu” onlardan birinin qarşı yola çıxması ilə nəticələnib. Nəticədə manatlıq taksi ilə qarşıdan gələn avtomobil bir-birinə çırpılıb.

Şahidlərin dediyinə görə, qəza zamanı iki nəfər hadisə yerində dünyasını dəyişib.

Mənbə

Share: