Tanınmış jurnalist əməliyyat olundu

Tanınmış jurnalist, “İki sahil” qəzetinin şöbə müdiri Elçin Zaman Milli Onkologiya Mərkəzində əməliyyat olunub.

Milletinsesi.az xəbər verir ki, jurnalistin döş qəfəsində aşkarlanan şiş cərrahiyyə əməliyyatı ilə götürülüb.

Əməliyyatı mərkəzin Torakal şöbəsinin müdiri, təcrübəli cərrah- onkoloq, tibb elmləri doktoru, professor Əbülfəz Soltanov uğurla başa çatdırıb.

Elçin Zamanın sözlərinə görə, bundan sonra tibbi müayinə və müalicə proseslərinin davam etdirilməsi nəzərdə tutulub.

Hazırda jurnalistin vəziyyəti qənaətbəxşdir.

 

Share: