Rusiya Ermənistanın Erebuni aerodromundakı 3624 saylı aviasiya bazasında mövcud olan “MiQ-29” təyyarələrini “4++”cu nəsil “Su-30SM” tipli çoxməqsədli qırıcılarla əvəz edəcək.
Milletinsesi.az TAAS-a istinadən xəbər verir ki, Ermənistana ümumilikdə 18 qırıcı göndəriləcək..
Məlumata görə, aviabazanın “Su-30SM” qırıcıları ilə təchiz edilməsinə artıq gələn ildən başlanacaq. Aaviabazada olan “MiQ-29″ların hamısının “Su-30SM” qırıcıları ilə əvəzlənməsi 2020-2021-ci illər ərzində iki mərhələdə həyata keçiriləcək.
Qeyd edək ki, Rusiya ATƏT-in Minsk Qrupunda regionda sülhün tənzimlənməsi rolunda çıxış etsə də daim işğalçı dövləti silahlandırmaqla məşğuldur.