Yaponiya və ABŞ arasında iki ölkə liderlərinin bu yaxınlarda Nyu-Yorkda imzaladığı müqavilə gələn ilin yanvarında qüvvəyə minəcək.
Bu barədə Yaponiya Xarici İşlər naziri Toşimitsu Moteqi “Nikkei” qəzetinə müsahibəsində deyib.
“ABŞ müqavilənin 2020-ci ilin yanvarında qüvvəyə minməsini istəyir və bizim buna heç bir etirazımız yoxdur”, – deyə nazir bildirib.
Sənədin Yaponiya parlamenti tərəfindən təsdiqinə ehtiyac olsa da, T.Moteqi təklif edilən cədvəllə bağlı tərəflər arasında heç bir fikir ayrılığı olmadığını deyib. Bildirib ki, müqavilə parlamentin oktyabrın 4-də növbəti sessiyasının müzakirəsinə təqdim ediləcək.
“Müzakirələrdən sonra biz müqavilənin bəyəniləcəyini düşünürük”, – deyə nazir əlavə edib. (AZƏRTAC)