Bakıda Türkiyə vətəndaşını avtomobil vuraraq öldürüb

Bakıda Türkiyə vətəndaşını avtomobil vuraraq öldürüb

Türkiyə vətəndaşını Bakıda avtomobil vurub.

Oktyabrın 26-da saat 22:20 radələrində 1997-ci il təvəllüdlü Tağıyev Məhəmməd Aydın oğlu idarə etdiyi “Mercedes E Class” markalı avtomobillə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 26 ünvanında hərəkətdə olarkən yolu keçən piyada – 1980-ci il təvəllüdlü Türkiyə vətəndaşı Sabit Bildini vurub. O, hadisə yerində aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.

Mənbə

Share: