Qərb, ya Rusiya?..-Sülhü də orada imzalayaq…”

Qərb, ya Rusiya?..-Sülhü də orada imzalayaq…”

“Bircə onu xatırladırıq ki, …1994-cü ilin mayındakı atəşkəs razılaşması bu günlərdə də MDB ölkələri arasında populyarlaşan(!) Qırğızıstan paytaxtı Bişkekdə Rusiyanın moderatorluğu və son hərbi əməliyyatlarımızdan sonra dövlət sərhədimizi keçərək Ermənistana getmiş general Samvel Babayanın iştirakıyla imzalanıb…”

 

-3 CÜMLƏ İLƏ BİR TÖVSİYƏ…-

 

Son günlər Azərbaycan mediasında və “politoloq”, “ekspert”, “partiya sədri”, “millət vəkili” və s. adlananların cameəsində müzakirə olunan əsas mövzulardan biri də budur: Ermənistanla sülh müqaviləsini harada imzalayaq: Qərbdə, yoxsa Rusiyada?..

 

Bu dilemmaya cavab tapmaq o qədər də çətin deyil: sadəcə, ondan öncə bircə sualı obyektiv və ədalətli cavablandırmaq gərəkdir; son 300 ildə və konkret son 35 ildə kim, hansı güclər, hansı dövlətlər Azərbaycana daha az zərbə vurub: Qərb, yoxsa Rusiya?..

 

Gəlin, heç bir konyukturaya, sibyektiv amillərə, hansısa tərəflə qohumluğa-filana və s. söykənmədən dərindən düşünək və hansı tərəf bizə qeyd etdiyimiz dövrlərdə daha az zərbə vurubsa, başımıza daha az oyunlar, faciələr açıbsa, bizi daha az repressiyaya, güllələnmələrə, deportasiyalara, soyqırımlara, kütləvi manqurtlaşdırmaya və s. məruz qoyubsa və ən əsası, kim Ermənistanın arxasında daha az durubsa, Qarabağdakı hayk separatizminə daha az dəstək veribsə, sülh müqaviləsini də onun ərazisində və ya onun moderatorluğuyla imzalayaq…

 

P.S. Xatırladırıq ki, sonuncu, yəni 3 il əvvəlki üçtərəfli bəyanat-razılaşma və 30 il əvvəlki atəşkəs müqaviləsi məhz Rusiyanın moderatorluğuyla imzalanıb. 1994-cü ilin mayındakı atəşkəs razılaşması bu günlərdə də MDB ölkələri arasında populyarlaşan(!) Qırğızıstan paytaxtı Bişkekdə imzalansa da, əvvəla, onda SSRİ cəmi 5 ay idi dağıldığından həmin ölkə və şəhər elə Kremlin ən azı təsir dairəsi sayılırdı, ikincisi  həmin razılaşmayadək olan bütün danışıqlar elə Rusiyanın moderatorluğuyla aparılırdı…

 

Üçüncüsü də, Bişkek razılaşmasına üçüncü tərəf kimi imza atan ondan cəmi 2 il öncə həmin Moskvanın göstərişi ilə Azərbaycanda həbsdən buraxılmış, bu gün də- Qarabağdakı son hərbi əməliyyatlarımızdan sonra müəmmalı şəkildə dövlət sərhədimizi keçib Ermənistana gedərək orada ikibaşlı oyunlar aparan gorbagor(!) separatçı-terrorçu rejimin o vaxtkı “müdafiə naziri”, o vaxtkı polkovnik, hazırkı general Samvel Babayan olub…

 

P.P.S. İndi özünüz ayıq başla düşünün: Bişkekdə Moskvanın moderatorluğuyla imzalanmış atəşkəs razılaşmasından sonrakı 26 il ərzində başımıza nələr gəldi və həmin müddətdə Rusiyanın da daxil olduğu ATƏT-in Minsk qrupu daha çox kimin günahı ucbatından başımızın altına yastıq qoydu: Qərbin, yoxsa Rusiyanın?..

 

Sultan Laçın  

 

Mənbə

Share: