Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu

Çempionlar Liqasınfa həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, “Bavariya”nın futbolçusu Serj Qnabri hamını qabaqlayıb. O, səsvermədə Luis Suares (“Barselona”), Əşrəf Hakimi (“Borussiya”, Dortmund) və Emmanuel Dennisi (“Brügge”) geridə qoyub.

Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi qrup mərhələsinin 2-ci turunda “Tottenhem”lə matçda (7:2) 4 qol vuraraq pokerə imza atıb.

Share: