SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu (NEZ) planlaşdırılmış təmir işlərinin aparılması məqsədilə işini dayandırıb.
Bu barədə APA-ya SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
Onun sözlərinə görə, NEZ-in işi bu gündən etibarən dayandırılıb: “Müəssisənin işi bu ayın 24-də bərpa ediləcəyi planlaşdırılır”.
İlk növbədə, neftin ilkin emalı (ELOU-AVT) qurğusunun fəaliyyəti dayandırılıb. Tədricən başqa qurğularda da təmir işləri aparılacaq, deyə İ. Əhmədov əlavə edib.
Qeyd edək ki, NEZ-dən xammal alan “Azərkimya” İstehsalat Birliyinin kimya müəssisələrinin işi də dayandırılıb.