“Qəbələ”nin futbolçusu Rasim Ramaldanovun zədəsi ciddidir.
Bu barədə Qol.az-a komandanın baş məşqçisi Elmar Baxşıyev məlumat verib. Onun sözlərinə görə, diz bağları qopan təcrübəli müdafiəçi Türkiyədə əməliyyat olunacaq. Futbolçu ən azı 4 ay meydana çıxmayacaq.
Xatırladaq ki, Ramaldanov Premyer Liqanın 6-cı turunda “Neftçi” ilə matçda aldığı ağır zədədən sonra əvəzlənmişdi.