BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Çərşənbə , Oktyabr 23 2019

Güclü külək nə qədər davam edəcək? – Açıqlama


Bu gün müşahidə edilən güclü küləyin sabah tədricən mülayimləşəcəyi gözlənilir.

Bu sözləri Milletinsesi.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, güclü şimal-qərb küləyi gün ərzində davam edəcək, sabah səhər saatlarından isə tədricən mülayimləşəcək.