Bərdədə üçotaqlı ev yanıb

Bərdə rayonunun Hacallı kəndində ümumi sahəsi 108 kvadratmetr olan birmərtəbəli üçotaqlı evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milletinsesi.az-a bildiriblər ki, hadisə nəticəsində evin iki otağı 84 kvadratmetr sahədə, digər otağının qapısı və pəncərəsinin çərçivəsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə edilib. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Share: