BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Çərşənbə , Oktyabr 23 2019

Gürcüstan parlamentinin deputatı istefa verib


Gürcüstan parlamentinin deputatı Vano Zardiaşvili istefa verib.

Bu barədə deputat özü açıqlama yayıb.

Gürcü Arzusu Partiyasının üzvü olan V. Zardiaşvili istefa verməsinə səbəb kimi, ona qarşı həyata keçirilən qaralama kampaniyasını göstərib.

“Ailəm, övladlarım stresslə mübarizə aparmaq məcburiyyətindədirlər. Gündəm yaratmağa çalışan insanlar, yaxud siyasi qruplar üçün təxribat və ya qaralama hədəfi olmaq istəmirəm. Ailənizə və komandanıza qayğı göstərməli olduğunuz bir an var. Gürcüstan parlamentindən ayrılmaq, deputat mandatından imtina etmək qərarına gəldim. Komandamızın hər bir üzvünə təşəkkür edirəm”, – deyə V. Zardiaşvili qeyd edib.

Xatırladaq ki, V. Zardiaşvili Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti, Ali Ədliyyə Şurası və Dövlət Audit Xidmətində müxtəlif vəzifələrdə çalışıb. O, 2016-cı ildə IX çağırış Gürcüstan parlamentinin deputatı seçilib. (APA)