DİN Bakıda insanların gözü qarşısında törədilən qətllə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi dünən Bakıda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Milletinsesi.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 6-da saat 18 radələrində Biləcəri qəsəbə sakini N.Məmmədov Binəqədi rayonu ərazisində ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı Leyla Məmmədovanı bıçaqla qətlə yetirib. Binəqədi Rayon Polis İdarəsi 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən N.Məmmədov saxlanılıb.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, hadisə avtovağzalın yaxınlığında, insanların gözü qarşısında törədilib.

Share: