BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Çərşənbə , Oktyabr 23 2019

Son 5 ildə 4328 azərbaycanlı Türkiyədə mənzil alıb


Türkiyədə ötən 5 il ərzində 6 milyon 584 min mənzil satılıb.

Bu əmlakların 1 milyon 154 mini İstanbulda, 691 mini Ankarada və 388 mini İzmirdə alınıb. Son 5 il ərzində ən çox mənzil 2017-ci ildə satılıb və sayı 1 milyon 409 min 314 təşkil edib.

Bu müddət ərzində xarici vətəndaşlara satılan mənzillərin sayı 137 min 869 olub. Cari ilin 8 ayında xaricilərə satılan mənzil sayı ötən ilin eyni dövrü ilə müqayisədə 50 faiz artıb. Ötən 5 il ərzində 4 min 328 azərbaycanlı Türkiyədə mənzil sahibi olub.

Xarici vətəndaşlar tərəfindən ən çox əmlak Türkiyənin Antalya şəhərində alınıb. Onların sırasında ilk yerdə iraqlılar dayanır. Bundan əlavə Türkiyədə əmlak alan xaricilər arasında Səudiyyə Ərəbistanı, Küveyt, İran, Rusiya, Əfqanıstan, Almaniya, İngiltərə, Azərbaycan və Ukrayna vətəndaşları da var. (AZƏRTAC